20 İyun 2018 23:49
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında ikinci görüşdə ev sahibi Rusiyaya 1:3 hesabı ilə məğlub olduqları üçün öz xalqından üzr istəyib.

Komandanın qapıçısı üzrxahlığını Misir xalqına çatdıraraq deyib: “Heç bir futbolçu və baş məşqçi uduzmaq istəməz. Növbəti mərhələyə yüksəlmək şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik və bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur və hərdən uğur sənin tərəfində olmur”.

Essam əl-Hadari Misir yığmasının əvvəlki uğurlarını davam etdirməyə qadir olduğunu və komandada kütləvi dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb: “Bu komanda çoxlu nailiyyətə imza atıb. Bu uğurların gələcəkdə də davam etməsi əhəmiyyətlidir”.


Müəllif: Mənbə/Publika.az