Braziliya yığmasının əsas oyunçularında olan Paulinya dünya çempionatına vida etdikləri qarşılaşmadan sonra maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Onde Cera” radiosu məlumat yayıb.
Futbolçu aldığı təklifləri dəyərləndirəcəyini söyləyib: “Barselonaya gedib menecerimlə gələcəyimlə bağlı danışacam. Çin və başqa ölkələrdən təklif almışam. Hazırda dəqiq bir söz deyə bilməyəcəm. Amma təklifləri dəyərləndirəcəm”.
Qeyd edək ki, Paulinyo ötən yay Çinin “Quançou Everqrand” klubundan 40 milyon avroya “Barselona”ya transfer olunub.