Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Traktor” futbol klubu Ramin Rzaiyanı heyətinə cəlb etmək istəyir.
Teleqraf.com xəbər verir ki, növbəti sezon üçün heyətini gücləndirmək istəyən Təbriz təmsilçisi artıq İran millisinin müdafiəçisi ilə danışıqlara başlayıb.
Futbolçu yekun cavab vermək üçün 2 həftə vaxt istəyib. Lakin bununla belə Ramin Rzaiyan legioner həyatı yaşamaq istədiyini də klub rəhbərliyinin diqqətinə çatdırıb.
Azərbaycan klubu Məsud Şucaini də rənglərinə bağlamaq istəyir. Bu məqsədlə futbolçuya müraciət olunub, lakin o, İran klublarında çıxış etmək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, Şücai Yunanıstanın “Panionis” klubunda çıxış edir.