16 İyul 2018 17:57
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib.

Teleqraf.com xəbər verir ki, mundial üçün ümumilikdə 2 milyon 889 min 351 bilet satılıb. Əcnəbilərdən ən çox bileti ABŞ vətəndaşları alıb - 88 min 825. Braziliyalılar 72 min 512 biletlə ikinci, kolumbiyalılar isə 65 min 234 bilətlə üçüncü yerdə qərarlaşıb.

Moskvada "Lujniki" stadionunda Fransa və Xorvatiya komandaları arasında baş tutmuş final oyununu 78 min 11 nəfər stadiondan izləyib. Qarşılaşmanın ümumi auditoriyası ilə təxminən 1 milyard nəfər təşkil edib.

Qeyd edək ki, finalda Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.


Müəllif: Teleqraf.com