23 İyul 2018 08:44
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada uğradığı irqçi hücumlardan sonra millini tərk edən türk futbolçu Məsut Özilə Türkiyə ictimaiyyətindən geniş dəstək gəlib.

Teleqraf.com xəbər verir ki, Ərdoğanla görüşdüyü üçün təzyiqlərə məruz qalan futbolçu sonda millini tərk etməli olub.

Qeyd edək ki, Özil “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı. Rusiyada keçirilən dünya çempionatında da Özül zəif çıxışı ilə diqqət çəkmişdi. Məhz bundan sonra ona qarşı çirkin kampaniya güclənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər