31 İyul 2018 23:42
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhriyar Məmmədyarov İsveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.

Teleqraf.com xəbər ki, partiyanın doqquzuncu turunda Məmmədyarov ağ fiqurlarla norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb.

Məmmədyarov yeddi xal toplayıb və rəqibləri üçün əlçatmaz olub.

Daha sonra cədvəldə Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) yer alıb.

Yarışın son turu avqustun 1-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər