Güney Azərbaycanın Vərziğa şəhərini Asiya Çempionlar Liqasında təmsil edən “Süngün Misi” futzal klubu çempion olub.
Teleqraf.com xəbər verir ki, komanda final oyununda Vyetnamın “Tay Sun Nam” klubunu məğlub edərək kuboku başı üzərinə qaldırıb.
Qarşılaşma İndoneziyanın paytaxtı Cakkartada keçirilib.
“Süngün Misi”-“Tay Sun Nam” görüşü 4:2 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Klubun heyətində Fərhad Fəxim (2 qol), Hüseyn Təyyebi və Əli Əsğər Həsənzadə fərqlənib.
Asiya kuboku 16 komandanın iştirakı ilə Cakartada keçirilib.