"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.
Teleqraf.com-un “NTV Spor”a istinadla verdiyi xəbərə görə, "imperator" 2021-2022-ci il mövsümünün sonuna qədər "sarı-qırmızılılar"ın sükanı arxasında olacaq. Ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”a baş məşqçi təyin olunan 65 yaşlı mütəxəssis mövsümün sonunda kluba 21-ci ölkə çempionluğunu gətirib.
Hazırda Türkiyə Superliqasında lider olan "Cim-Bom" Çemponlar Liqasında da 2 turdan sonra 3 xalla 3-cü yeri tutur.