12 Noyabr 2018 09:05
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran Pri yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 3 cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb.

Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər üç cüdoçumuza Qran Prinin qızıl medalı təqdim olunub və onların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üç rəngli bayrağımız yüksəldilib.

Beləliklə cüdoçularımız Daşkənd turnirini 3 qızıl, 1 bürünc medalla başa vurublar.

Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə bürünc medala sahib olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər