Futbol üzrə İngiltərə çempionatında 16-ci turun oyunları keçirilir.
Teleqraf.com xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Haddersfild”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
“Arsenal” 16 oyundan sonra 34 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda baş tutacaq.