16 Dekabr 2018 23:13
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam edir.

Teleqraf.com xəbər verir ki, çempionluğa iddialılardan “Çelsi” turu qələbə ilə başa vurub. Səfərdə “Brayton”un qonağı olan “zadəganlar” 2:1 hesablı qalibiyyətə seviniblər. London klubunun qollarını 17-ci dəqiqədə Pedro Rodriges, 33-cü dəqiqədə isə Eden Hazard vurub. “Brayton”dan isə 66-cı dəqiqədə Solli Maç fərqlənib.

“Arsenal” isə səfərdə “Sauthempton”a 2:3 hesabı ilə uduzub. “Topçular”ın heyətində hər iki qolu Henrix Mxitaryan (28 və 53-cü dəqiqələrdə) vurub. “Sauthempton”da isə Dani İnqs (20, 44) dubl edib. Qələbə topunu isə 85-ci dəqiqədə Çarli Austin vurub. Bununla da “Arsenal”ın 22 oyunluq məğlubedilməzlik seriyasına son qoyulub.

Qeyd edək ki, “Çelsi” hazırda 37 xalla 4-cü, 3 xal az toplayan “Arsenal” isə 5-cidir. Turnir cədvəlinə 44 xalla “Mançester Siti” başçılıq edir. Liderdən 1 oyun az keçirən “Liverpul”un 42 xalı var və 2-ci sırada qərarlaşıb. İlk üçlüyü 39 xalla “Tottenhem” tamamlayır.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər