"Çətin oyun olacağını gözləyirdik. Ağır səfərdən qayıtmışdıq və yorğunluq hiss olunurdu".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/4 final mərhələsinin "Keşlə" ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 1:0 hesablı qələbəni şərh edən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Həm nəticədən, həm də oyundan razı qaldım. Futbolçular həm toplu, həm də topsuz yaxşı oynamağa çalışdılar. Son görüşü çıxsaq, bu komandaya qarşı həmişə çətin oynamışıq. Rəqib kubok matçlarında çox uğurlu çıxış edir. Bu gün də bunun şahidi olduq. Çempionat və kubok oyunları tam fərqli olur. 1:0 qələbədir, amma cavab matçında daha diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolçuları təbrik edirəm. 3 gün vaxtımız var və çalışacağıq ki hazır olaq".