İranın “Sohan” və Güney Azərbaycanın “Süngün Misi” (Vərziağan) futzal klubları arasında keçirilən qarşılaşma Güney Azərbaycan türklərinin təhqir edilməsinə görə bir neçə dəqiqə dayandırılıb.
Teleqraf.com xəbər verir ki, görüşdə azarkeşlər tribunadan azərbaycanlılar əleyhinə şüarlar səsləndiriblər.
Qarşılaşmada Qum şəhərini təmsil edən “Sohan” klubunun azakeşləri azərbaycanlıları küçə söyüşləri ilə təhqir ediblər. Vəziyyətin gərginləşdiyini görən hakim oyunu dayandırmaq məcburiyyətində qalıb.
Oyun 5:6 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə yekunlaşıb.
“Süngün misi” komandası hazırda 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Oyundan görüntünü təqdim edirik: