19 Dekabr 2018 23:29
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 19-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatın ikinci yarımfinal oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Asiya çempionu Yaponiya təmsilçisi “Kasima Antlers” komandası ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin heyətində hər üç qolu Qaret Beyl vurub. “Kasima Antlers” heyətində isə yeganə qolu Şoma Doi vurub.

“Real Madrid” çempionatda mübarizəyə yarımfinaldan qoşulub. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2

Qeyd edək ki, digər yarımfinal oyununda Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” komandası arasında oynanılıb. Həmin görüşdə ərəblər üstün olub (2:2, pen. 4:5).

Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər