13 Yanvar 2019 11:08
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya futbolunun əfsanəvi simalarından biri olan Dieqo Maradona əməliyyat olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə veteran futbolçunun vəkili Matia Moria məlumat verib. Onun sözlərinə görə, əməliyyat uğurlu keçib və Maradona tezliklə öz işinin başına qayıdacaq.

Qeyd edək ki, hazırda Meksikanın "Dorados" klubunun baş məşqçisi olan Maradona ötən həftə mədəsindəki qanaxma ilə bağlı xəstəxanaya yerləşdirilmişdi.


Müəllif: Teleqraf.com