“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində “Real”la oyunu buraxa bilər.
Teleqraf.com xəbər verir ki, La Liqanın son turunda “Valensiya” ilə matçda (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı futbolçu “El-Klassiko”da oynayıb-oynamayacağına özü qərar verəcək. 31 yaşlı forvardın zədəsinin ciddi olmadığı, yalnız ağrılarının qaldığı bildirilib. O, bugünkü məşq zamanı komanda ilə birgə çalışıb.
Qeyd edək ki, sabah keçiriləcək “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.