İspaniya La Liqasında 23-cü tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Vilyarreal” “Valyadolid”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz heç-heçə ilə ayrılıblar.
Şənbə günü daha dörd görüş baş tutub. “Xetafe” doğma meydanda “Selta”ya, “Espanyol” “Rayo Valyekano”ya qalib gəlib. “Jirona” isə “Hueska” ilə ev oyunundan məğlub ayrılıb.
21-ci turun maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. “Atletiko” doğma azarkeşləri önündə “Real”ı qəbul edib. Dörd qolun qeydə alındığı paytaxt derbisində “Real” inamlı qələbəyə sevinib.
Bu turda “Barselona” çətin “Atletik” səfərinə yollanacaq.
İspaniya La Liqası, 23-cü tur
8 fevral
Valyadolid – Vilyarreal 0:0
9 fevral
Xetafe – Selta 3:1
Qol: Mata, 39-pen; 81. Molina, 62 – Arauxo, 2.
Atletiko – Real 1:3
Qol: Qrizmann, 25 – Kazemiro, 16. S.Ramos, 43-pen. Q.Beyl, 74.
Espanyol – Rayo Valyekano 2:1
Qol: B.İqlesias, 72. Darder, 90 – A.Ba, 33.
Jirona – Hueska 0:2
Qol: Avila, 35; 40.
10 fevral
15:00 Leqanes – Betis
19:15 Valensiya – Real Sosyedad
21:30 Sevilya – Eybar
23:45 Atletik – Barselona