İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu, aviaqəza nəticəsində həlak olmuş Emiliano Salanın cəsədi Argentinaya göndərilib.
Futbolçunun cəsədi onun doğulduğu Proqreso şəhərinə çatdırılıb. Qeyd edilir ki, Emiliano Sala ilə vida mərasimi bu gün, futbolçunun ilk oynadığı "Proqreso" idman zalında keçiriləcək.
Sala yanvarın 21-də təyyarə ilə Nant şəhərindən Karfiddə uçarkən onun olduğu hava gəmisi qəzaya uğrayıb. O, yerli kluba qayıtmalı imiş.