16 Fevral 2019 22:40
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Teleqraf.com xəbər verir ki, italiyalı mütəxəssis qolsuz bitən görüşləbağlı bunları söyləyib:

“Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oynadı, fasilədən sonra vəziyyəti dəyişdik. Bu gün iki xal itirdik. Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdu. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı. Səhvlər olanda hamı günahı müdafiəçilərdə görür. Amma elə deyil. Əsas komanda oyunudu”.


Müəllif: Teleqraf.com