Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Teleqraf.com UEFA-nın saytına istinadən xəbər verir ki, 11-likdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Denis Boyko ("Dinamo", Kiyev)
Müdafiəçilər: Ştefan Lixtştayner, Şkodran Mustafi (hər ikisi "Arsenal"), Emir Dilaver ("Dinamo", Zaqreb), Vladimir Çoufal ("Slaviya")
Yarımmüdafiəçilər: Qranit Caka ("Arsenal"), Kallum Hadson-Odoi ("Çelsi"), Pablo Sarabiya ("Sevilya"), Ksaver Şlaqer ("Zalsburq")
Hücumçular: Sərdar Azmun ("Zenit"), Petson Daka ("Zalsburq")