24 Fevral 2019 00:12
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də futbol üzrə Türkiyə Superliqasının XXIII turu çərçivəsində keçirilən “Başakşəhər”-“Bursaspor” matçı təxirə düşüb.

Teleqraf.com xəbər verir ki, “Fatih Terim” stadionunda keçirilən görüş hava şəraitinin kəskin dəyişməsi səbəbindən 4-cü dəqiqədə təxirə salınıb. Qarşılaşma fevralın 24-də keçiriləcək.

Turun digər oyununda “Alanyaspor” öz meydanında “Kasımpaşa”nı böyük hesabla məğlub edib - 3:0. Meydan sahiblərinin heyətində 7 və 54-cü dəqiqələrdə Papis Sisse, 89-cu dəqiqədə isə Josef Sural fərqləniblər.

“Sivasspor”-“Antalyaspor” matçında isə sevinən tərəf qonaqlar olub. Bülənt Qorxmazın yetirmələri 36-cı dəqiqədə Nazim Sanqara və 45-ci dəqiqədə Süleyman Dukaranın vurduqları qollar sayəsində qələbə qazanıblar. Sivas təmsilçisi 65-ci dəqiqədə Aruna Konenin qolu ilə ümidlənsə də, bundan artığına gücü çatmayıb – 1:2.

Qeyd edək ki, XXIII turun digər oyunları fevralın 24 və 25-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər