“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 28-ci turunda səfərdə “Kristal Pelas”ı məğlub etməklə yeni rekorda imza atıb.
Teleqraf.com xəbər verir ki, "qırmızı şeytanlar" klub tarixində ilk dəfə bütün turnirlər daxil olmaqla, keçirdiyi ardıcıl 8 səfər oyununda qələbə qazanıb. Bu qələbələrin hamısı ötən ilin dekabrından komandanı çalışdıran Ole-Qunnar Sulşerin rəhbərliyi altında qazanılıb.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 28 turdan sonra 55 xalla 5-ci sırada qərarlaşıb.