2 Mart 2019 00:58
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı peşəkar boksçu Rauf Ağayev WBO (Dünya Boks Təşkilatı) versiyasında dünya kəməri uğrunda reytinq döyüşünə çıxacaq.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı idmançı 8 raunddan ibarət görüşdə ABŞ təmsilçisi Jesse Rodrigez Franko ilə qarşılaşacaq.

Duel martın 16-da ABŞ-ın Florida ştatında təşkil olunacaq. Ağayev keçirdiyi bütün görüşlərdə hələ ki məğlub olmayan 19 yaşlı rəqibinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Rauf Ağayev WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə Avropa və Asiya, WBCA versiyası üzrə dünya kəmərlərinin sahibidir. Boksçunun promoteri Nelson Lopes, meneceri Nurqazi İsmaqametov, şəxsi məşqçisi isə Azərbaycanın əməkdar məşqçisi Yadigar Məmmədovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər