9 Mart 2019 15:53
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli qadın idmançı Lyu Xun 50 km məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

32 yaşlı atlet ölkəsində keçirilən yarışda məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib.

O, bu göstəricidən sonra 50 km-i 4 saatdan daha az müddətdə başa vuran ilk qadın idmançı olub.

Əvvəlki dünya rekordu 4 saat 4 dəqiqə 36 saniyə ilə digər çinli idmançı Lyan Juya məxsus idi.

Qeyd edək ki, Lyu Xun 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər