Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru Əyyub Behtac tutduğu vəzifədən istefa verib.
Teleqraf.com xəbər verir ki, bir neçə həftə əvvəl vəzifəyə təyin edilən Ə.Behtac fəaliyyət müddətində bir çox müzakirələrə səbəb olub. O eyni zamanda Şərqi Azərbaycan vilayətinin Gənclər və İdman İdarəsinin rəisidir.
Xəbəri təsdiqləyən keçmiş icraçı direktor bildirib ki, Gənclər və İdman İdarəsi onun istefası ilə razılaşmadığı üçün klubdan getməkdən başqa yolu qalmayıb və tutduğu postdan istefa verməli olub.
Klub rəhbərliyinin Ə.Behtacın istefası ilə razılaşdığı bildirilir.