20 Mart 2019 17:37
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin Kalmıkiyanın başçısı Aleksey Orlovun istefasını qəbul edib və ölkə başçısı səlahiyyətlərinin icrasımı keçmiş kikboksçu Batu Hasikova tapşırıb.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat yayıb.

Qeyd olunur ki, A.Orlov öz istəyi ilə vəzifəsindən uzaqlaşıb. O, Kalmıkiyanı 2010-cu ildən idarə edirdi.

“RİA Novosti”nin əldə etdiyi məlumata görə, Murmansk vilayətinin rəhbəri Marina Kovtun da istefa ərizəsi yazıb.


Müəllif: Səxavət