Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sabah Litva yığması ilə qarşılaşacaqları yoxlama oyunundan əvvəl media nümayəndələriylə görüşüb.
Teleqraf.com xəbər verir ki, Şeydayev sabahkı oyunla bağlı bunları deyib:
– Sabahkı oyunun nəticəsi bizim üçün vacibdir. Baş məşqçimiz də bizə bildirib ki, qələbə qazanaraq, qarşıdakı oyunlara yüksək motivasiya qazana bilərik. Litva millisi güclü komandadır. Amma oyunun favoriti bizik.
– Məşhur karikaturaçı Omar Momani səninlə bağlı karikatura hazırlayıb. Bunu görmüsənmi və səndə hansı hisslər yaradıb?
– Təbii ki, belə karikaturaların çəkilməsi heç kimə pis təsir etməz. Meydanda nəsə eləməyə cəhd edirsənsə, buna karikaturaların çəkilməsi müsbət haldır.
– Sənə təkliflər varmı və “Krılya Sovetov”da gələcəyini necə görürsən?
– Cavab vermək çətindir. Hər şey tam bəlli deyil. Nə olacağını gələcəkdə görəcəyik. Hazırda çempionatda yaxşı irəliləyirik. Yenə qollar vura bilərəm və ya, əksinə də ola bilər. Hələ ki, təklif yoxdur.