27 Mart 2019 14:20
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “ShamkirChess 2019” beynəlxalq superturnirinin bütün iştirakçıları açıqlanıb.

Publika.az xəbər verir ki, turnirdə FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster iştirak edəcək.

Ölkəmizi turnirdə "ShamkirChess" superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.

Qonaqlar arasında isə şahmat üzrə hazırkı dünya çempionu, “ShamkirChess” turnirinin üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan norveçli Maqnus Karlsen (2845) də olacaq. Bundan başqa, Çin şahmatçısı Dinq Liren (2812, FİDE reytinqində 3-cü yer), Rusiya şahmatçısı Aleksandr Qrişuk (2771), Hollandiya şahmatının lideri Aniş Giri (2797, FİDE reytinqində 4-cü yer), sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand (2779), Dünya Kubokunun qalibi rusiyalı Sergey Karyakin (2753), FİDE versiyası üzrə dünya çempionu bolqarıstanlı Veselin Topalov (7740), çexiyalı David Navara (2739) iştirak edəcək.

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2019” turnirinin təntənəli açılış mərasimi martın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 9-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər