11 May 2019 16:30
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün "Bakcell Arena"da “Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

Teleqraf.com xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manata təklif olunur.

Paytaxt klubunun mövüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlarda isə 1 manat olub.

Bəzi iddialara görə, bugünkü matçda qiymətin baha olması isə “Neftçi” rəhbərliyinin stadiona azarkeşlərin çox gəlməsini istəməməsidir.

Paytaxt klubu daha əvvəl “Qarabağ”la görüşün başqa stadionunda keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib. PFL-dən rədd cavabı alan “ağ-qaralar” çıxış yolunu bileti bahalaşdırmaqda görüb.

Bu gün saat 18:00-da başlayacaq “Neftçi” – “Qarabağ” matçından sonra Ağdam klubu çempionluq kubokunu başı üzərinə qaldıracaq.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Azərbaycan Premyer Liqasınının mövsümdə sonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu ətrafında yaranan ajiotajdan danışıb. O, maraqlı fikirlər səsləndirib: "Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdır. Mövsümün son oyunudur. Düzdür, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin bunlara normal yanaşaq".

Biletlərin qiymətindən danışan Ramin Musayev deyib: "Bu, klubun daxili işidir. Qarışmağa ixtiyarımız yoxdur. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudur. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodur. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, ya yox?"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər