"Barselona" və "Atletiko" futbolçu mübadiləsi etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Kataloniya klubu Filippe Koutinyonun qarşılığından Madrid təmsilçisindən Antuan Qrizmannı almaq istəyir. Koutinyonun bu təklifə razı olduğu bildirilir.
Braziliyalı yarımmüdafiəçi bu mövsüm "Barsa"da 53 oyuna 11 qol vurub, 5 qol ötürməsi edib. Onun klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir. Qrizmann isə "Atletiko"da 47 oyuna 21 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun da klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.