7 Sentyabr 2014 21:35
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün birinci divizionda çempionatın ilk turundə "Zirə" futbol klubu ilə MOİK arasında oyun keçirilib.

Trend-in məlumatına görə, Zirə İdman Kompleksində keçirilən oyunun birinci hissəsi heç-heçə sona çatıb. Oyunun ikinci hissəsinin əvvəlində "Zirə" komandası hesabı açıb.

Oyun 1:0 hesabı ilə "Zirə" komandasının xeyrinə başa çatıb.

Qeyd edək ki, sentyabrın 5-də Bakıda yeni yaradılmış "Zirə" Peşəkar Futbol Klubunun geniş ictimaiyyətə təqdimatı mərasimi keçirilib. I divizionun debütantı olan "Zirə" Futbol Klubunun yaxın dövr ərzində hədəfi Premyer Liqada təmsil olunmaqdır.


Müəllif: