İtaliyanın “Peruca” klubu baş məşqçisi Alessandro Nesta ilə yolları ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
B Seriyasında çıxış edən Nestanın komandası yüksək liqaya çıxmaq üçün pley-off-da "Verona" ilə qarşılaşıb və ilk oyunda 1:4 hesabı ilə uduzub. İtaliya millisinin sabiq üzvü bu məğlubiyyətdən sonra istefaya göndərilib.
Qeyd edək ki, 42 yaşlı veteran müdafiəçi ötən ilin may ayından “Peruca”nı çalışdırırıdı.