25 May 2019 07:46
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduqları cavab oyunu haqda danışıb.

Teleqraf.com xəbər verir ki, o, deyib: "Mən Valverdenin yaxşı iş gördüyünüə inanıram. Ondan narazı olmaq düzgün deyil. Məğlubiyyətdə oyunçular məsuliyyət daşıyırdı. İki il ard-arda belə olmamalı idi. Həmin məğlubiyyətdən sonra hələ də bərpa oluruq. Şəxsən mənim üçün bu, ağır zərbə idi. Növbəti gün səhər yuxudan ayılmaq istəmirdim. Komanda üçün də ağır oldu. Hazırda ancaq İspaniya kubokunu qazanmaq istəyirəm. Mövsümü yenə iki kubokla bitirə bilərik".

Qeyd edək ki, "Barselona" ÇL-in yarımfinalında ilk oyunda "Liverpul"a 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşündə 0:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər