Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) yekun vurulacaq.
Son yarış günündə Azərbaycan idmançıları 5 idman növündə mübarizə aparacaqlar.
Axşam saat 20:30-da EYOF-un bağlanış mərasimi təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycan idmançıları medal sıralamasında 10 qızıl, 7 gümüş, 6 bürünc medalla ikinci yerdədir. 25 qızıl, 14 gümüş və 19 bürünc medal əldə edən Rusiya siyahıya başçılıq edir.
27 iyul
Atletika
09:15. Oğlanlar, üçtəkanla tullanma, final
Çingiz İsrafilov
Cüdo
10:30. Qarışıq komanda yarışı
1/8 final. Azərbaycan - Gürcüstan
Basketbol
Oğlanlar, 7-ci yer uğrunda
11:15. Azərbaycan - Xorvatiya
Voleybol
Oğlanlar, 7-ci yer uğrunda
11:30. Azərbaycan - Almaniya
Həndbol
Oğlanlar, 7-ci yer uğrunda
11:30. Serbiya – Azərbaycan
Qızlar, 7-ci yer uğrunda
09:30. Azərbaycan - Çexiya
20:30. Bağlanış mərasimi