“Liverpul” futbolçusu Tayvo Avoniyini icarəyə göndərib.
Teleqraf.com xəbər verir ki, 21 yaşlı müdafiəçi yeni mövsümü Almaniyanın "Maynts" klubunda keçirəcək. Bu barədə Bundesliqa klubunun rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Avoniyi indiyədək “FSV Frankfurt”, “NEK Neymegen”, “Muskron”, “Gent” klublarında icarədə olub.