9 Avqust 2019 19:26
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Teleqraf.com-unol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakıda təşkil olunacaq hazırlıq prosesi 11-12 avqustda keçiriləcək. Yığmanın baş məşqçisi Milan Obradoviç toplanış üçün 23 oyunçuya dəvət göndərib:

Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Oleq Karnaux, Elçin Mustafayev, Abbas Ağazadə, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Nicat Mehbalıyev, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov, Rəhman Daşdəmirov (hər ikisi "Səbail"), Elçin Alicanov ("Zaqatala"), Nicat Süleymanov, Rafael Məhərrəmli (hər ikisi "Zirə"), Süleyman Əhmədov, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev (hamısı "Sumqayıt")


Müəllif: Teleqraf.com