17 Sentyabr 2019 01:28
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Yunayted” klubu ispaniyalı qapıçısı David de Xea ilə müqavilənin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, futbolçu ilə 2023-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzalanıb.

Müqaviləyə əsasən, qapıçı bonuslar da daxil olmaqla həftədə 400 min avro məvacib alacaq.

David de Xea 2011-ci ildən “Mançester Yunayted” klubunda çıxış edir. Cari mövsüm İngiltərə Premyer Liqasında dörd oyun keçirən qolkiper dörd qol buraxıb.


Müəllif: Teleqraf.com