Almaniya Bundesliqasında 11-ci tura start verilib.
Teleqraf.com xəbər verir ki, turun açılış matçında autsayderlər qrupunda yer alan “Köln” “Hoffenhaym”ı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.
Turun mərkəzi görüşü Münhendə keçirilib. Ötən tur “Ayntraxt”a 1:5 hesabıyla darmadağın olan “Bavariya” bu dəfə Dortmund “Borussiya”sı ilə qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib.
Lider “Borussiya” (Münhenqladbax) isə “Verder”i sınağa çəkəcək.
Almaniya Bundesliqası, 11-ci tur
8 noyabr
Köln – Hoffenhaym 1:2
Qol: Kordoba, 34 – Adamyan, 48. Lokadiya, 90+7-pen.
9 noyabr
Herta – Leyptsiq 2:4
Qol: Mittelştadt, 32. Selke, 90+2 – Verner, 38-pen; 90+1. Sabitser, 45+1. Kampl, 86.
Maynts – Yunion 2:3
Qol: Onisivo, 81. Brosinski, 90+4 – Brosinski, 30-öz qapısına. Anderson, 45+3; 51.
Paderborn – Auqsburq 0:1
Qol: Maks, 41.
Şalke – Fortuna 3:3
Qol: Kaliqiuri, 33. O.Kabak, 67. S.Serdar, 79 – Henninqs, 62; 74; 85.
Bavariya – Borussiya D 4:0
Qol: Levandovski, 17; 76. Qnabri, 47. Hummels, 80-öz qapısına.
10 noyabr
16:30 Borussiya M – Verder
18:30 Volfsburq – Bayer
21:00 Frayburq – Ayntraxt F