10 Noyabr 2019 12:59
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışının ikinci dairəsinin oyunları keçiriləcək.

Teleraf.com xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin 9 turunda mübarizə aparacaq. Bununla da “Grand Chess Tour 2019” seriyası çərçivəsində blits yarışları başa çatacaq.

Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində artıq rapid yarışı başa çatıb. Şəhriyar Məmmədyarov rapid və blits turnirlərinin yekununa görə 13,5 xalla 6-cı pillədədir. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.

Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin bundan əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil edilib. Növbəti mərhələ Kəlkətə şəhərində baş tutacaq. Londonda isə final seriyanın matçları təşkil ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər