13 Noyabr 2019 19:43
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub.

Teleqraf.com xəbər verir ki, millimiz ilk oyununu keçirib. Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

17:00. Yunanıstan - Azərbaycan - 6:1

Qollar: Kristos Liatsos, 36 (1:0), Georgioz Koutsias, 44 (2:0), Kitsakis, 45+1 (3:0), Berkay Vardar, 62 (3:1), Kristopoulos, 74 (4:1), Kristos Liatsos, 84 (5:1), Georgios Surmis, 90+5 (6:1)

Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.


Müəllif: Teleqraf.com