20 Noyabr 2019 23:58
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigeslə evlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın "Novella 2000" jurnalı məlumat yayıb. Bildirilib ki, nikah mərasimi bu günlərdə Mərakeşdə keçirilib və ictimaiyyət üçün bağlı olub. Nəşr ən yaxın nömrələrində tədbirdən şəkil dərc edəcəyini açıqlayıb. Ancaq hələlik bu məlumat təsdiqlənməyib.

Qeyd edək ki, cütlüyün bir qızı var.


Müəllif: Teleqraf.com