Fransanın “Bastiya” klubunun futbolçusu Brandau ağır cəzaya məruz qalıb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu xuliqanlığının qurbanı olub. O, 6 aylıq cəzalanıb. Brandau 2015-ci ilin 21 fevralına qədər futbol oynaya bilməyəcək.
Qeyd edək ki, braziliyalı PSJ ilə oyunda etdiyi xuliqanlığa görə cəzalanıb. O, əvvəlcə Qreqori van der Villanı vuraraq onun bel fəqərə sümüyünü sındırıb. Sonra paltardəyişmə otağına gedən yolda Mottaya hücum edərək onun burnunu sınıdırb.
Brandau canını federasiyanın verdiyi cəza ilə qurtara bilməyəcək. Braziliyalı futbolçu noyabrın 3-də Fransa məhkəməsi qarşısında da cavab verəcək. Hücumçunu həbs cəzası və pul cəriməsi gözləyir.