21 Sentyabr 2014 01:41
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”a uduzduqdan sonra ruh düşkünlüyü var idi. Bununla yanaşı, komandamı oyuna kökləyə bildimsə, sevinirəm. İlk hissədəki 3 qol epizodundan yararlana bilsəydik, hesab tam başqa olardı. Biz hücumda top saxlaya, cinahlardan tam istifadə edə bilmirik. Tomi Kostadinov hələ tam hazır deyil. Ona görə də əsas heyətdə yer almamışdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. 3 xal bizim üçün çox vacib idi. Futbolçular komandaya 60-70 faiz uyğunlaşıblar".

Teleqraf.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, AZAL-dan ayrılacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib:

" Bu oyundan sonra gedəcəyimlə bağlı yayılan məlumatlara şərh verərkən deyim ki, bizim çantamız daim yanımızda olur. Məni dəvət edən klub rəhbərliyi getməyimi istəsə, mən də gedərəm. Amma hələ ki, onlar mənə belə bir söz deməyiblər. Qarşıda “İnter”lə oyun var. Biz bu matça 3 xal üçün çıxacağıq”.


Müəllif:

Oxşar xəbərlər