Uruqvaylı Edinson Kavani yay transfer pəncərəsi zamanı “Atletiko”ya keçəcək.
Teleqraf.com xəbər verir ki, bu məlumat xarici mediada “Sky Sport İtalia”nın jurnalisti Canluki di Martioya istinadla yayılıb. Madrid klubu rəhbəriyi transferi yay fasiləsində ona görə həyata keçirəcək ki, həmin vaxt Kavaninin PSJ ilə müqaviləsi başa çatacaq və o, azad agent olacaq.
32 yaşlı hücumçu ilə 2 illik müqavilənin razılaşdırıldığı bildirilir.