Türkiyə Super Liqasında 25-ci tura start verilib.
Teleqraf.com xəbər verir ki, turun açılış matçında “Beşiktaş” autsayder “Ankaragücü”nü qəbul edib. İstanbul təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.
Lider “Başakşəhər” bu turda “Göztəpə”, “Trabzonspor” isə “Qaziantep” səfərinə yollanıb. Trabzon təmsilçisi səfərdə xal itirdiyi halda, İstanbul klubu darmadağınla qalib gələrək zirvədəki mövqeyini qoruyub.
Son turlarda uğursuz çıxış edən “Fənərbaxça” bu dəfə “Dənizlispor”la üz-üzə gəlib və növbəti xal itkisi ilə üzləşib.
Turun mərkəzi görüşündə “Qalatasaray” səfərdə “Sivasspor”un qonağı olacaq.
Türkiyə Super Liqası, 25-ci tur
6 mart
Beşiktaş – Ankaragücü 2:1
Qol: B.Yılmaz, 6-pen. Lyayiç, 88 – İ.Parlak, 90+3.
7 mart
Yeni Malatyaspor – Konyaspor 1:1
Qol: M.Yıldırım, 80 – Bayiç, 45+4-pen.
Qaziantep – Trabzonspor 1:1
Qol: Kayode, 53 – Ekuban, 22.
Göztəpə – Başakşəhər 0:3
Qol: D.Ba, 40. Krivelli, 57. İ.Kahveçi, 90+2.
Fənərbaxça – Dənizlispor 2:2
Qol: O.Tufan, 22. S.Aziz, 90+1 – Muravski, 45-pen. M.Yumlu, 75.
8 mart
14:30 Kasımpaşa – Kayserispor
17:00 Rizəspor – Alanyaspor
20:00 Sivasspor – Qalatasaray
9 mart
21:00 Gənclərbirliyi – Antalyaspor