22 Mart 2020 23:58
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç millisinin baş məşqçisi Lars Laqerbek məvacibinin 20 faiz azaldılmasına razılıq verib.

Teleqraf.com xəbər verir ki, o, aprel ayından etibarən maaşını 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.

71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub. Laqerbekin rəhbərlik etdiyi məşqçilər korpusunu digər üzvləri də müqavilələrinin sonuna kimi eyni qaydada güzəştə razı olublar.

Qeyd edək ki, Laqerbek 2017-ci ildən Norveç yığmasının baş məşqçisidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər