26 Mart 2020 13:51
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri dayandırılıb.

Teleqraf.com xəbər verir ki, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. Bərpa tarixi isə hələ məlum deyil.

7 turdan sonra fransalı Maksim Vaşye-Laqvar və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. Vaşye-Laqrav yarışdan koronavirusa görə imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.

Qeyd edək ki, Rusiya Federasiyası martın 27-dən öz vətəndaşlarının çağırışı üçün reyslər istisna olmaqla, beynəlxalq uçuşları dayandıracaq.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər