İspaniyanın "Atletiko" klubunun U-14 komandasında çıxış edən Kristian Minşola vəfat edib.
Teleqraf.com xəbər verir ki, 14 yaşlı futbolçu infarktdan dünyasını dəyişib.
Məlumatı Madrid təmsilçisinin rəsmi saytı yayıb.
Qeyd edək ki, Minşola U-14 komandasında 50-dən çox qol vurub. O, gələcəyin ulduz futbolçularından hesab olunurdu.