UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, UEFA bayrağı ilə yarışlarda iştirak edən 55 milli assosiasiyanın 676 klubuna ümumilikdə 70 milyon avro yardım ediləcək.
Xatırladaq ki, aprelin 23-də keçirilən videomüşavirədə qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həlli ilə bağlı planların tərtib olunması üçün yerli assosiasiyalara mayın 27-nə qədər vaxt verilsin. Həmin gün UEFA-nın İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirə edəcək.