Rusiyanın "Lokomotiv" futbol klubunun iki əməkdaşında koronavirusun simptomları aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, virusa yoluxanlardan biri xəstəxanaya yerləşdirilib.
Digəri isə müalicəsini ev şəraitində davam etdirir.
Qeyd edək ki, bu gün Moskva "Spartak"ının prezidenti Leonid Fedun da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.